Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev Almaniya prezidentinə məktub ünvanlayıb

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

Mynews.az-ın xəbərinə görə, dövlət başçısı Alman Birliyi Günü münasibətilə Frank-Valter Ştaynmayeri və bütün Almaniya xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib:

“Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq, eləcə də çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimiz bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah diləyirəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...