Sabah Milli Məclisin ikinci plenar iclası keçiriləcək
Sabah (oktyabrın 5-də) Milli Məclisin (MM) 2018-ci il payız sessiyası çərçivəsində ikinci plenar iclası keçiriləcək.
Mynews.az-ın MM-dən əldə etdiyi məlumata görə, iclasda ilkin olaraq 17 məsələnin müzakirəsi nəzərdə tutulur.
Yəni, millət vəkilləri Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə (hamısı birinci oxunuş) baxacaqlar.
Qeyd edək ki, Mülki Məcəlləyə dəyişikliklər üç, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər isə iki ayrı-ayrı qanun layihələrində nəzərdə tutulur.
Bununla yanaşı, “Banklar haqqında” (birinci oxunuş), “İpoteka haqqında” (birinci oxunuş), “Lotereyalar haqqında” (birinci oxunuş), “İnzibati icraat haqqında” (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” (birinci oxunuş), “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” (birinci oxunuş), “Pasportlar haqqında” (birinci oxunuş), həmçinin, “Bələdiyyələrin statusu haqqında” (birinci oxunuş) və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” (birinci oxunuş) qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirələrdən keçiriləcək.
Qeyd edək ki, iclasın gündəliyinə daxil edilən məsələlərin artırılması istisna deyil.
Həmçinin, ən mühüm dəyişikliklər “Lotereyalar haqqında” qanunda gözlənilir.
Belə ki, yeni dəyişikliklərdə qeyd olunur ki, (4.9) lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılmış tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər.
Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanının daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən beş iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazə verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.
Lotereyaların şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina barədə qərar lotereya təşkilatçısına təqdim edilir və sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Bununla yanaşı, Tiraj komissiyasının üzvlərinin sayı azaldılır. Yəni, komissiya üzvlərinin sayı beş nəfərdən üç nəfərə endirilir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub