Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Palatanın Direktorlar Şurası ləğv edildi - YENİ NİZAMNAMƏ

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Mynews.az xəbər verir ki, Fərmana əsasən, MPNP-nin yeni Nizamnaməsi təsdiqlənib.

Sənədin “4. Palatanın idarə olunması” bəndində göstərilir ki:

Palatanı idarəetmə orqanı İdarə Heyətidir.

4.3. Palatanın İdarə Heyəti (bundan sonra – İdarə Heyəti) Palataya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.

İdarə heyətinin sədri isə Palatanın cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir.

Qeyd edək ki, əvvəllər MBNP-nin idarə olunması Direktorlar Şurası tərəfindən həyata keçirildi. Lakin yeni Nizamnamədə Direktorlar Şurası ilə bağlı heç bir qeyd yoxdur və bütün idarəetmə funksiyaları yalnız İdarə Heyətində cəmləşdirilib.

Qeyd edək ki, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı idi. 

Nizamnamə - TAM MƏTN

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...