Zabitlərin də diplomatik pasportları olacaq
Milli Məclisin (MM) payız sessiyasının bu gün keçiriləcək ikinci iclasında “Pasportlar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Mynews.az-ın xəbərinə görə, ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə göndərilən layihədə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport verilməsi məsələsi özünün əksini tapıb.
Belə ki, qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.
Siyasət
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
- Prezident xalqa müraciət edir - CANLI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 967 dəfə oxunub
- Emin Ağalarov söz verdi 967 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 965 dəfə oxunub