Bu gün AŞ PA-nın payız sessiyası başlayır
Bu gün Strasburqda AŞ PA-nın payız sessiyası başlayır.
Mynews.az Trend-ə istinadən bildirir ki, 8-12 oktyabr tarixlərində baş tutacaq sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat iştirak edir.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Sabir Hacıyev, Fazil Mustafa və Naqif Həmzəyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, 2018-ci il iyunun 24-də Türkiyədə keçirilmiş parlament və prezident seçkilərinin müşahidəsinin yekunları, AŞPA-nın səsvermə və mandatla bağlı prosedurları, Avropa Şurasına və BMT-yə üzv olan dövlətlərə, həmçinin "boz zona"lara insan hüquqları üzrə monitorinq aparan orqanların limitsiz daxil olması, Avropada nüvə təhlükəsizliyi, Avropada İslam dini: radikallaşma və islamofobiya və digər məsələlər müzakirə olunacaq.
Sessiyada nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın "Avropada diaspora cəmiyyətləri və miqrantların radikallaşması" mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında fikir mübadiləsi aparılacaq.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.
Bir qədər əvvəl Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Trend-ə bildirib ki, sessiyada birbaşa Azərbaycanla bağlı məsələ olmasa da, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər məsələsi ənənəvi olaraq bu dəfə də gündəmə gətiriləcək.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 982 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 953 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 943 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 942 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 940 dəfə oxunub