Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəhruz Quliyev: “Xalq hər zaman İlham Əliyevə və yürüdülən siyasətin məntiqi davamına səs verib” - MÖVQE

Artıq, 2013-cü ilin 9 oktyabr tarixində keçirilmiş Prezident seçkilərindən və bu seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin qətiyyətli, inamlı qələbəsindən 5 il ötür. Mynews.az-ın məlumatına görə, bununla bağlı SİA-ya fikirlərini bildirən “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib ki, 2013-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 7-ci rəsmi seçkilər olub, eyni zamanda, bu seçkilərdə 10 namizəd iştirak edib: “Məhz Azərbaycan xalqının cənab İlham Əliyevə sarsılmaz inamı və tükənməz etimadı, eləcə də Onun yürütdüyü məqsədyönlü, uğurlu siyasətini dəstəkləməsi dövlət başçısı postuna keçirilən seçkilərdə birmənalı qələbəsini təmin etmiş oldu. Belə ki, demokratik standartlara cavab verən bu prosesdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi”.

Bəhruz Quliyev bir məqamı da xatırladıb ki, ümumiyyətlə, seçkilərdəki qalibiyyət, təkcə, seçki kampaniyası dövründə təbliğat-təşviqat işindən asılı deyil: "İlham Əliyev 2003-cü ildən başlayaraq, əməli işləri ilə bu uğurların təməlini qoyub. Onunn 2003-cü ildən başlayaraq həyata keçirdiyi işlərin davamı növbəti seçki dönəmlərinə qədər aparıldı və Azərbaycan xalqı Onun əməli işlərinin ölkəmizi hansı uğurlara doğru istiqamət aldığını real şəkildə gördü və aparılan siyasətin məntiqi davamına səs verdi. Bu baxımdan, seçkilərdə əldə edilən qələbələr sırasına 2013-cü il seçkiləri də qızıl hərflərlə həkk olundu. Prezident İlham Əliyevin daxili və xarici siyasətdə qazandığı uğurlar, iqtisadiyyatda, sosial məsələlərdə əldə edilən nailiyyətlər Ona olan etimadı dayanmadan artırdı. Əbəs deyil ki, bu gün Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun yüksək olması, istər regional, istərsə də dünya əhəmiyyətli layihələrdə təşəbbüskar və iştirakçı qismində çıxış etməsi, bütövlükdə isə, hər bir möhtəşəm uğur bilavasitə xalqımızın, dövlətimizin rifah halının daha da yaxşılaşdırılmasına, tərəqqinisə töhfələrini vermiş oldu. Xalq, öz müqəddəratını məhz inandığı, etimad etdiyi şəxsiyyətə - cənab İlham Əliyevə həvalə etdi. Bu gün Azərbaycan xalqının İlham Əliyevin ətrafında sıx birləşməsi faktoru da bu amildən doğan məntiqi nəticədir”.

“Beləliklə, 9 oktyabr 2013-cü il tarixində keçirilən Prezident seçkilərində Azərbaycan xalqı növbəti beş il üçün həm özünün, həm də dövlətimizin gələcəyinə səs verdi, yenidən ölkə başçısı cənab İlham Əliyevə etimad göstərdi, Ona inamını ifadə etdi və güclü Azərbaycan naminə güclü Liderini seçdi”, deyə vurğulayan “SƏS” qəzetinin baş redaktoru eyni zamanda bildirib: “Demokratiyanın təntənəsi olan bu seçkilərdə Azərbaycan xalqı azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu, hər bir azərbaycanlının Prezidenti olmağı bacaran, bu vədini əməli şəkildə yerinə yetirən İlham Əliyev bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi varisidir, ən böyük azərbaycanlının ən böyük davamçısıdır”.

Bəhruz Quliyev son olaraq xatırladıb ki, seçki ərəfələrində həm beynəlxalq ekspertlər, həm də xarici kütləvi informasiya vasitələri Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara uyğun, azad, demokratik və şəffaf keçirildiyini bəyan edərək, ölkəmizin insan hüquq və azadlıqları sahəsində əldə etdiyi nailiyyətləri növbəti dəfə etiraf ediblər: “Əlbəttə ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin həyata keçirdiyi müasir Azərbaycanın inkişaf konsepsiyasının tərkib hissəsidir və söz yox ki, xalqımız hər zaman Ümummilli Liderin siyasi xəttinə sadiq olan Prezident İlham Əliyevə inandığını və Onu hər zaman dəstəklədiyini növbəti dəfə nümayiş etdirib, bundan sonra da etdirəcək. Biz, 2018-ci ilin aprelində keçirilən növbəti Prezident seçkilərində də bu reallığın şahidləri olduq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...