Azərbaycanda iki yeni zavod açılacaq

Ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham ƏliyevNazirlər Kabinetinin bugünkü iclasında bildirib.
Dövlət başçısının sözlərinə görə, dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır.
“Misal üçün, bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir. Bu zavodun açılışında İtaliya Prezidenti mənimlə birlikdə iştirak etmişdir. İlin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək.
Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur.
Əlbəttə, bizim qeyri-neft sənayemizin inkişafı üçün bu zavodların böyük əhəmiyyəti olacaq. Ölkəmizə böyük həcmdə valyuta gələcək. İlin sonuna qədər azot gübrəsi zavodu istifadəyə verilməlidir. Orada da sərmayələr yüz milyonlarla dollar həcmindədir”, - deyə, dövlət başçısı bildirib.
İlham Əliyev həmçinin qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək.
“Biz bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Yəni, həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu il bir çox sənaye müəssisələri açılmışdır və bu proses davam etdiriləcək”, - deyə, İ. Əliyev bildirib.
Siyasət
- Vidadi İskəndərlinin barəmdə dedikləri şər, böhtan və qərəzdir - VİDEO
- Prezident vacib qanun imzaladı
- "Azərbaycanda ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi yaradılıb" - İlham Əliyev
- "Azərbaycanda ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi yaradılıb" - İlham Əliyev
- Ermənilər Azərbaycan sərhədini atəşə tutdular - Ekskavator snayperin hədəfində
- Prezident Putinə başsağlığı verdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Onu yatılı qoyub efirə gəlmişəm" - - Şəbnəm Hacıdan danışdı 959 dəfə oxunub
- Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - - Ölən şəxsin adı məlum oldu 935 dəfə oxunub
- Qarlı hava şəraiti nə qədər davam edəcək? - - AÇIQLAMA 927 dəfə oxunub
- Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda 926 dəfə oxunub
- Fədayə yenidən hakim qarşısına çıxacaq 925 dəfə oxunub