Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan öz hərbi qüdrətini artıracaq

"Prezident İlham Əliyevin də dediyi kimi, bu gün Azərbaycan ordusu dünyanın ən güclüləri sırasındadır. Əlbəttə ki, bu ilk növbədə şəxsi heyətin kadr potensialının yüksək peşəkarlığı, ikincisi ordunun alınan ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunması ilə bağlıdır".

Mynews.az-ın məlumatına görə, bu barədə Milli.Az-a veteran hərbçi, ehtiyatda olan polkovnik, ekspert Şair Ramaldanov bildirib.

Veteran hərbçinin sözlərinə görə, cəlb edilən hər bir silah və hərbi texnikanın orduda silahlanmaya cəlb edilməsində konkret məqsəd var: "Bu gün Azərbaycan ən müasir silah və hərbi texnikaya malik olan dövlətlərdən biridir. Dövlətimizin büdcəsi hazırda bunları əldə etməyə imkan verir. Təbii ki, silah və ya hərbi texnika alınarkən və ya istehsal edilərkən ilk növbədə onların gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə, eləcə də ölkənin müdafiəsinin və təhlükəsizlyinin təmin edilməsində mümkün rolu və səmərəliliyi öyrənilir. Bu gün Azərbaycanın özünü inkişaf etməkdə olan hərbi sənaye kompleksi var. Eyni zamanda Azərbaycan 20-ə qədər dövlətdən silah və hərbi texnika alır. Onların içində nəhəng və ən qabaqcıl hərbi sənayesi olan və ən müasir müdafiə sənayesi məhsulları istehsal edən ölkələr - Rusiya, Belarus, Ukrayna, İsrail, İtaliya, Fransa, Türkiyə, ABŞ və s. var. Azərbaycanın ən müasir güclü silah və hərbi texnikasının olması, gələcəkdə döyüşlər olarsa, ordumuzun şəxsi heyəti arasında itkilərin minimuma endirilməsinə təsir edən amildir. Əgər biz əlimizdə olan silahlarla hədəfi vaxtında darmadağın etsək, düşməni maksimum zəiflədə bilsək, onların müqaviməti azalar".

Polkovnik qeyd edib ki, Azərbaycan öz hərbi qüdrətini artırmaqda yenə də davam edəcək: "Cənab prezident həm də Silahlı Qüvvələrin Ali Baş komandanıdır. Ona görə də Ordunun silahlanması, təchizatı bilavasitə onun qayğı və diqqəti altındadır. Düşünürəm ki, Azərbaycan bundan sonra ən müasir silah və hərbi texnikaya yiyələnməkdə davam edəcək. Bu barədə dövlət başşısı hökumətin son müşavirəsində də, bundan əvvəl keçirilmiş hərbi paradlarda da, eləcə də ADEX-2018 müdafiə sənayesi sərgisində də deyib. Yəni Azərbaycan Prezidentin sözlərindən anlamaq olar ki, Azərbaycan öz ordusunu gücləndirməkdə, bu məqsədlə ən müasir və səmərəli silah və texnika alacaq, Silahlı Qüvvələrin qüdrətinin artırılması ilə bağlı addımlar atmağa və lazımi tədbirlər görməyə davam edəcək. Məsələn, ən son Belarusdan "Polonez" əməliyyat-taktiki raket komplekslərinin, Fransadan patrul hərbi katerlərinin, İtaliyadan təlim-döyüş təyyarələrinin alınmasını və s. misal göstərmək olar. Bütün bunlar göstərir ki, Azərbaycan öz hərbi qüdrətini artırmaqda davam edəcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib ki, Azərbaycan öz hərbi qüdrətini artırır və artıracaq.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir: "Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik".

Prezident qeyd edib ki, Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur: "Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...