Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aprel müharibəsində məğlubiyyətin əsl səbəbi BİLİNDİ

Ermənistan hökuməti yanacağın keyfiyyətində yoxlamalara başlayıb

Ermənistan hökuməri uzun axtarışlardan sonra nəhayət ki, ötən ilin aprel ayında baş vermiş dördgünlük müharibədə məğlubiyyətin səbəbini tapıb. Sarkisyan hökuməti iddia edib ki, Qarabağda hərbi texnika üçün nəzərdə tutulan yanacağın keyfiyyəti olmayıb.

Ermənistanın baş naziri Karen Karapetyanın aprel döyüşləri ilə bağlı bəyanatından sonra neft məhsullarının keyfiyyəti ilə bağlı yoxlamalar başlanılıb.

Bu barədə iqtisadi inkişaf və investisiya naziri Suren Karayan hökumətin iclasında bəyan edib. Onun sözlərinə görə, ölkəyə ixrac edilən neft məhsullarının keyfiyyəti təkrar yoxlanılacaq.

Erməni baş nazir bəyan etmişdi ki, aprel döyüşlərində Qarabağda üzləşdikləri əsas problemlərdən biri hərbi texnikaya tökülən yanacaqların keyfiyyətsiz olması idi.

Guya aprel döyüşləri zamanı, habelə ondan sonrakı aylarda hərbi texnika, avtomobil və mühəndis texnikası keyfiyyətsiz dizel yanacağı üzərində işə düşməyib, yaxud sıradan çıxıb.

Belə çıxır ki, erməni hərbçilərinin də yanacağı keyfiyyətsiz olduğundan 300-dən çoxu öldürülüb, 500-dən çoxu isə xəstəxanalıq edilib. Onlar da tankları kimi yaxşı qaça bilməyiblər.

istipress
Son dəqiqə! Aprel müharibəsində məğlubiyyətin əsl səbəbi BİLİNDİ

Son dəqiqə! Aprel müharibəsində məğlubiyyətin əsl səbəbi BİLİNDİ

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...