Hikmət Hacıyev: Ermənistan münaqişənin mahiyyətini təhrif edir
Ermənistan hər bir vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur.
Mynews.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistan rəhbərliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edən müxtəlif açıqlamalar verilir, iddialar irəli sürülür:
“Bunlar reallıqdan tamamilə kənardır, cəfəngiyatdır. Xüsusilə Ermənistan rəhbərliyi tərəfindən münaqişəyə insan hüquqları donu geyindirilməsi cəhdləri və yaxud Azərbaycanın guya Dağlıq Qarabağda əhali olmadan, yalnız əraziləri istəməsi barədə fikirlər də tamamilə qəbuledilməzidir və reallıqdan tamamilə kənardır.
Əslində, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Azərbaycana qarşı hərbi təcavüz əməlləri həyata keçirilib. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət əməlləri törədilib ki, bunlar da beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu gün Ermənistan tərəfi hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının olması faktını inkar edir və hər vəchlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur, buna imkan vermir.
“Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, insan hüquqlarına dair bütün beynəlxalq sənədlərdə açıq və birmənalı şəkildə təsbit olunub ki, insanların hüquqlarının pozulması ilə digər hər hansı hüquqların həyata keçirilməsi tamamilə qəbuledilməzdir və bu, düzgün yanaşma deyil”, - deyə o vurğulayıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1007 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 966 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 956 dəfə oxunub