Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəhruz Quliyev: “Frankofoniya sammiti Ermənistanı rüsvay etdi”

"Bir müddət öncə, Frankafoniya sammitinin Yerevanda keçirilməsi ilə öyünən Ermənistan indi sammit çərçivəsində baş vermiş məlum qalmaqallardan ciddi şəkildə təlaş keçirməyə başlayıb".

Mynews.az-ın məlumatına görə, bu fikirləri Olaylar.az-a açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev işğalçı ölkədə keçirilmiş və uğursuzluqla nəticələnmiş sammitlə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, əslində, təcavüzkar siyasəti nəticəsində qonşu ölkənin ərazisinin 20 faizini işğal etmiş, soyqırımı törətmiş və fransız dilinə ümumiyyətlə aidiyyatı olmayan bir ölkənin tədbirə ev sahibliyi etməsi beynəlxalq aləmə qeyri-ciddi təsir bağışlamış oldu. 

"Digər tərəfdən, Ermənistanın məqsədi fransızdilli ölkələrdən dəstək alması marağına hesablanmışdı ki, bu məsələdə də heç nə əldə edə bilmədi", deyə qeyd edən Bəhruz Quliyev əlavə edib ki, Azərbaycanın yaxın vaxtlarda Qoşulmama Hərəkatına sədrlik edəcəyi faktı işğalı ölkə rəhbərliyini narahat edib v qorxudub: "Çünki daha mötəbər bir qurum olan Qoşulmama Hərəkatı Frankofoniya kimi platformanı bütün cəhətlərdən üstələyir. Ermənistan tərəfi belə sanırdı ki, platformaya üzv olan ölkələrdən Azərbaycana qarşı siyasi məqsədlərində istifadə edəcək və bununla müəyyən diplomatik nailiyyətlərə imza atacaq. Lakin bunun belə olmayacağını bəlkə də mövcud hakimiyyət də bilirdi və belə də oldu. Həmin sammit çərçivəsində biz əslində daha nələri müşahidə etdik? Şəxsi maraqlar üzərində qurulmuş ölkələrarası kəskin fikir ayrılıqları, qurumun baş katibi olmuş Mişel Janın yenidən baş katib seçilmədiyi üçün oranı "ölü təşkilat" adlandırması, Fransa mətbuatının dərhal Mişel Jannı platformanın maliyyəsindən öz məqsədləri üçün istifadə etməsi istiqamətində yazdığı məqalələri və s. Sual oluna bilər, əgər bu barədə daha əvvəlcədən məlumatlar var idisə, nəyə görə ictimailəşdirilmirdi? Əslində, bütün bunlar sammitin qeyri-ciddi nəticələrlə başa çatmasının göstəricisidir" 

"Baş verənlərin növbəti səbəblərindən biri də əlbəttə ki, Ermənistanda normal hakimiyyət idarəçiliyinin olmaması reallığıdır", deyə qeyd edən siyasi ekpertə görə, sammitin uğursuzluq amillərindən biri də platformaya sədrliyin Madaqaskardan Ermənistana ötürülməsi oldu: "Açıq şəkildə sübuta yetirildi ki, fransız dilinə, bu dildə danışan digər ölkələrin mədəniyyətinə aid olmayan işğalçı ölkəyə sədrlik postunun təhvil verilməsi bu qurumun yalnız fərdi maraqların təmin edilməsi yönündə fəaliyyət göstərdiyini isbatlamış oldu. Həmçinin, Frankofoniyada təmsil oluna dövlətlər sırasında xüsusilə Fransa və Kanadanın diktə etmək faktlarını da gördük ki, bu da qeyd edilən fikirləri kifayət qədər isbatlamış olur".

"Bu baxımdan, hesab edirəm ki, sözügedən sammit sadəcə, Yerevanın hər hansı bir müstəvidə özünü "sülh carçısı" kimi beynəlxalq aləmə tanıtdırması marağıydı ki, orada baş verənlər tamamilə bunun əksini göstərdi", deyən "SƏS" qəzetinin baş redaktoru bunu işğalçı Ermənistanın rüsvayçılığı kimi qiymətləndirib: "Ermənistan sadəcə, siyasi fiaskoya uğradı və güman edirəm ki, sammit heç bir halda baş tutmuş sayıla bilməz".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...