Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycandakı xarici hərbi attaşelər hərbi hissədə olublar

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

Mynews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində 15 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 22 nümayəndəsinə hərbi hissə haqqında brifinq verilib. Sonra onlar burada şəxsi heyət üçün yaradılan şərait və hərbi hissənin silahlanmasında olan döyüş texnikası ilə tanış olublar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...