Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Mynews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tillerkeçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinq şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç tərəfindən aparılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...