Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məmmədyarov fransalı həmsədrlə Qarabağı müzakirə edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb. 

XİN-dən Mynews.az-a verilən məlumata görə, görüş “Şərq Tərəfdaşlığı” ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində baş tutub. 

Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...