Hulusi Kılıç: Qarabağ uğrunda şəhid olmağa hazıram
Azərbaycan mənim ikinci vətənimdir. Qarabağ üçün şəhid olmağa hazıram.
Mynews.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Tokat şəhərində ADR-in yaranmasının 100 illiyi münasibəti ilə keçirilən kitab sərgisinin açılışında çıxışı zamanı deyib.
Azərbaycanı Respublika günü münasibətilə təbrik edən sabiq səfir çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib və deyib ki, Ermənistan-Türkiyə sərhədini Azərbaycana görə bağlayıblar:
“Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur”.
2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Kılıç həmişə Azərbaycanın maraqlarının müdafiəsində durmağa və Qarabağa görə canından keçməyə hazır olduğunu bildirib:
“Mən Azərbaycanda beş ilə yaxın səfir vəzifəsində çalışdım, Azərbaycanın dövlət ordeni ilə təltif olunan ilk xarici səfirəm. O baxımdan, mənim üçün Azərbaycan bir vətəndir, candır, mənim ikinci vətənimdir.
Azərbaycan üçün də, Qarabağ üçün də şəhid olmağa hazır olduğumu kameralar önündə söyləmişəm”. (oxu.az)
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 938 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 929 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 928 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 926 dəfə oxunub