Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Komitə sədri hakimlər və vəkillər məsələsinə aydınlıq gətirdi

Hakimlərin sayı ilə bağlı hələ bir neçə il bundan əvvəl Məhkəmə-Hüquq Şurası tərəfindən çox ciddi tədbirlər görülüb. Hesab edirəm ki, hazırda hakimlərin sayı əhalinin sayına görə kifayət qədərdir.

Vəkillərin sayı ilə bağlı çox ciddi problem var idi. Bildiyiniz kimi, Vəkillər Kollegiyasına yeni rəhbər seçilib və yeni struktur formalaşıb. Vəkilliyə sonuncu seçkilərin nəticəsində vəkillərin sayı kifayət qədər artıb. Bu proses davam etməkdədir. 

Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O qeyd edib ki, qanunvericiliyə edilmiş dəyişikliyə görə, nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb, əvəzində isə vəkillik üçün daha geniş şərait yaradılıb. 

“Əlbəttə ki, vəkillərin bu prosesi daha da asanlaşdırmaq üçün qanunvericilik təklifləri var. Hələ ki, parlamentə daxil olmayıb. Amma biz vəkillik institutunun inkişafı, vəkillik peşəsi ilə bağlı bütün liberal addımları atmağa hazırıq. Pozitiv hal kimi onu demək istəyirəm ki, mən vəkillərin sonuncu andiçmə mərasimində iştirak etmişdim. Orada çox müsbət hal ondan ibarət idi ki, dövlət qulluğunda çalışan insanlar, bir sıra hallarda hüquq-mühafizə orqanlarında işləyən gənclər vəkilliyə imtahan verərək qəbul olunublar.

Mən bunu təbii bir maraq hesab edirəm. Vəkillik peşəsi hər zaman hüquq ictimaiyyəti arasında sevilən peşədir. Vəkil həm də müdafiə edəndir. Zəifi müdafiə edəndir, müdafiəyə ehtiyacı olanı qoruyandır. Mən son illər baş verən bu islahatları yüksək qiymətləndirirəm”, - deyə Ə.Hüseynli əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...