Daha üç qanun ictimai müzakirələrdən keçiriləcək, tam yenilənəcək
Bu il, parlamentin 2018-cil payız sessiyası çərçivəsində şəkərli diabet xəstəliyi, tibbi optika və icbari tibbi sığorta ilə bağı Milli Məclisin (MM) Səhiyyə komitəsinin dinləmələrinin keçirilməsi nəzərdə tutulur.
Mynews.az-ın xəbərinə görə, bu haqda adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov məlumat verib.
Onun sözlərinə görə, istər şəkərli diabet xəstəliyi, istərsə də icbari tibbi sığorta ilə bağlı qanunlarda ciddi təkmilləşdirmələrə ehtiyac var:
“Bu haqda komitəmizin payız sessiyası ilə bağlı ilk iclasında fikirlərimi müəyyən qədər bildirmişəm, indi də qeyd etmək istəyirəm ki, hər iki qanunun yenilənməsi vacibdir.
Məsələn, gələn il ölkə üzrə bütövlükdə icbari tibbi sığortanın tətbiqi gözlənilir. Amma bununla bağlı qanun günün tələblərinə, reallıqlarına cavab vermir. Bizim bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, onun rəhbəri Zaur Əliyevlə də xeyli müzakirələrimiz olub.
Onların icbari tibbi sığorta ilə bağlı qanuna xeyli təklifləri var. Onları yaxın zamanlarda qruplaşdırıb, bizə təqdim edəcəklər.
Odur ki, bu məsələnin ətrafında dinləmələrin keçirilməsi yaxşı olardı və biz də belə bir dinləməni keçirməyi nəzərdə tuturuq. Eyni zamanda, şəkərli diabet xəstəliyi ilə bağlı qanunun yenilənməsi çox vacibdir.
Ona görə bu məsələ ilə bağlı dinləmələr keçirməyi və orada səsləndirilən təklifləri nəzərdən keçirib, adıçəkilən qanunu təzələməyi, yeniləməyi qərara almışıq. Həmçinin, tibbi optika ilə bağlı ayrıca qanuna və bu yöndə dinləmələrə ehtiyac var.
Biz bu məsələni başqa bir qanunda əks etdirməyi nəzərdə tutsaq da, sonradan ayrıca qanunun hazırlanması və qəbulunu məqsədəuyğun saydıq. Belə bir müstəqil qanuna ciddi ehtiyac var”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 971 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 937 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 928 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 927 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 925 dəfə oxunub