Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fransa XİN: "Qondarma "DQR”-i tanımır, "Dostluq Xartiyasını”nı qəbul etmirik"

Fransa dövləti Sent-Etyen şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı erməni separatçıları arasında imzalanan “Dostluq xartiyası”nı qəbul etmir.

Mynews.az-ın məlumatına görə, bu barədə “Report”un Qərbi Avropa bürosunun sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır və Sent-Etyen şəhəri ilə "DQR" arasında imzalanan “Dostluq Xartiyasını”-nı qəbul etmir, - deyə XİN-dən əlavə olunub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...