Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Fransaya nota verdi

Fransanın ölkəmizdəki səfiri Azərbaycan Respubikasının Xarici İşlər Nazirliyinə çağırılıb. 

XİN-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri  tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə AR XİN-in rəsmi notası təqdim olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...