Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Trampın müşaviri Bakıdan İrəvana getdi

Bakıya səfərini başa vuran ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistana yola düşüb.

Mynews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Bolton artıq İrəvandadır. 

Onun səfər çərçivəsində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, müdafiə naziri Davit Tonoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və XİN rəhbəri Zohrab Mnaçakanyanla görüşü planlaşdırılır.

Qeyd edək ki, Con Bolton bu gün Azərbaycanda səfərdə olub. ABŞ rəsmisi Prezident İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüş keçirib. Görüşlərdə iki ölkə arasındakı münasibətlər, o cümlədən Dağlıq Qarabağ problemi müzakirə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...