Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Dağlıq Qarabağ münaqişəsinin həlli regionun strateji əhəmiyyəti baxımından, xüsusilə vacibdir"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionun strateji əhəmiyyəti baxımından, xüsusilə vacibdir.

Mynews.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Azərbaycanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi" teleradio şirkətinə müsahibəsində deyib.

"Biz hesab edirik ki, hər iki tərəfi [Azərbaycan və Ermənistanı] razı salacaq nəticənin əldə olunması, regionun strateji əhəmiyyəti baxımından, xüsusilə vacibdir", - deyə o bildirib.

Con Bolton "Amerikanın səsi" radiosuna müsahibəsi zamanı ABŞ-ın Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab etdiyini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...