"Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişi aradan qaldıra bilər"
ABŞ prezidenti Donald Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandıra bilər.
Mynews.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Azərbaycanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi" teleradio şirkətinə müsahibəsində deyib.
Con Bolton bildirib ki, Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan "Azadlığa dəstək" aktına 907-ci düzəlişin fəaliyyətinin dayandırılması üçün sələfləri kimi öz səlahiyyətlərindən istifadə edə bilər.
"Bu müddəa Konqres tərəfindən təsdiq edilib. Hakimiyyətin icra qolunun eyni siyasi xəttə riayət etməsi mütləq deyil və bizim konstitusiyaya əsasən, əslində xarici siyasəti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fəaliyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmək üçün daim bu fürsəti nəzərdən keçiririk", - deyə o bildirib.
907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.
Con Bolton "Amerikanın səsi" radiosuna müsahibəsi zamanı ABŞ-ın Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab etdiyini bildirib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 979 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 945 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 935 dəfə oxunub