Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zakir Həsənov BMT baş katibinin köməkçisi ilə görüşdə - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb. 

Həmçinin Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...