Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

XİN ABŞ-da sinaqoqa hücumla bağlı başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Pittsburq şəhərində sinaqoqa hücum zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Mynews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” hesabında yazıb.

“Pittsburq sinaqoqunda baş vermiş cinayətə görə kədərlənirik. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Nifrət və şiddətsiz daha yaxşı dünya üçün birlikdə olaq”, -  Leyla Abdullayeva yazıb.

Xatırladaq ki, şənbə günü silahlı şəxs Pittsburqda sinaqoqa gələnlərə atəş açıb. Nəticədə 11 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...