Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Milli Məclisin iki komitəsinə yeni sədr müavinləri seçiləcək

Oktyabrın 30-da parlamentin növbəti plenar iclasında Milli Məclisin (MM) komitələrinin sədr müavinlərinin seçilməsi ilə bağlı məsələyə baxılacaq və qərar qəbul ediləcək.

Mynews.az-ın xəbərinə görə, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Millət vəkili Ç. Qənizadə Oxu.Az-a açıqlamasında məsələnin sabahkı iclasın gündəliyinə salındığını və hər şeyin keçiriləcək səsvermədən sonra məlum olacağını bildirib.

“Ona görə hələlik geniş danışmaq istəmirəm.

Hər şey sabah məlum olacaq. Sadəcə, bunu komitə tərəfindən bir etimad kimi dəyərləndirirəm”-deyə, o, əlavə edib.

Ş. İsmayılov da məsələ ilə geniş danışmaq istəmədiyini bildirib və əlavə edib ki, ona etimad göstərilərsə, onu doğrultmağa çalışacaq.

Qeyd edək ki, aprel ayının sonlarına kimi, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsini Rövşən Rzayev, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsini isə Ülvi Quliyev tuturdu.

Həmin vaxt Rövşən Rzayevin “Qaçqınkom”un, Fuad Muradovun isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə onların MM-dəki postları boş qalmışdı.

F. Muradovu parlamentin komitə sədri vəzifəsində onun müavini Ü. Quliyev əvəzlədiyi üçün bu dəfə onun yeri boş qalmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...