Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev Efiopiyanın dövlət başçısını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Uork Zevdeyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Efiopiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Efiopiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...