Məmmədyarov Bolqarıstanda danışıqlarda
Məmmədyarov Bolqarıstanda danışıqlarda - FOTO
Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasının Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiyaları naziri Rossen Jeliazkov, həmçinin Energetika naziri Temenujka Petkova ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, nazir E.Məmmədyarov Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiyaları naziri Rossen Jeliazkov, həmçinin Energetika naziri Temenujka Petkova ilə görüşüb.
Görüşlərdə tərəflər Azərbaycanla Bolqarıstan arasında nəqliyyat və energetika sahəsində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından bəhs edib və hər iki sahənin ikitərəfli münasibətlərin mühüm komponenti olduğunu təsdiq ediblər.
Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bolqarıstanın qazlaşdırılması prosesində iştirakı məsələsinin gündəmdə olduğu qeyd olunub.
Habelə, əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstanın Avropa və Asiya arasında beynəlxalq yük daşımalarının təşviqi baxımından mühüm rol oynadığı Nazirlər tərəfindən qeyd edilib və tərəflər arasında nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğu xüsusilə vurğulanıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 959 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 918 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 910 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 909 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 906 dəfə oxunub