Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər Azərbaycan sərhədini atəşə tutdular - Ekskavator snayperin hədəfində

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən Milli.Az-a verilən məlumata görə, yanvarın əvvəlindən indiyədək DSX_nin Sərhəd Qoşunlarının "Qazax" sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlı-ğındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı "SVD" snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhədi xəttindən 450 m məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...