Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vidadi İskəndərlinin barəmdə dedikləri şər, böhtan və qərəzdir - VİDEO

Tarixi xatırlatma: Milli Məclisdəki tarixi çıxışımı 17 ildən sonra bir daha təqdim edirəm

Son günlər xaricdə məskunlaşmış bəzi yaramazlar xarici qüvvələrin tapşırığı və sifarişi ilə Azərbaycana qarşı, Cənab Prezidentə qarşı əxlaqdan, mənəviyyatdan uzaq davranışlara yol verirlər. Onlar demək olar ki, hər gün internet resurslarında dövlətimizə, Onun rəhbərinə qarşı tərbiyəsiz küçə sözləri danışırlar. Həmçinin, bu cür adamlar açıq şəkildə terrora çağırış edirlər. Deyirlər ki, Azərbaycanda inqilab, üsyan olmalıdır. Bildirirlər ki, üsyan olub, ortalıq qarışan kimi Azərbaycana gələcəklər və dövlət adamlarını bəzi siyasətçilərin, icra başçılarının, deputatların, jurnalistlərin başlarını kəsəcəklər. Bu xain dəstəsi həmçinin xalqı dövlətə qarşı silahlı üsyana çağırır. Təbii ki, Azərbaycan xalqı bu cür avantüristlərin ölkəsinə, dövlətinə qənim kəsilmiş satqınların çağırışlarına əhəmiyyət vermir. Əksinə ölkə Prezidentinin ətrafında daha da sıx birləşir. Xaricdəki xainlər hər dəfə bu cür çağırışlar etdikcə xalqımız dövlətçiliyi, möhtərəm Prezidenti daha çox dəstəkləyir. Buna sübut kimi Cənab İlham Əliyevin bu günlərdə Beyləqan rayonunda səfərdə olarkən yerli sakinlərin ona necə böyük sevgi və məhəbbətlə qucaq açdığının şahidi olduq. Bu səhnəyə baxdıqca xalq-iqtidar-Prezident birliyini heç bir qüvvənin sarsıda bilməyəcəyinə bir daha əmin oluruq. Xaricdə oturub xain əməllərlə məşğul olanlardan biri də Vidadi İskəndərlidi. Bu məxluq (mənim ona insan deməyə dilim gəlmir) son videolarından birində deyib ki, guya Azərbaycanda siyasi rəqiblərə qarşı söyüşü Əhəd Abıyev Milli Məclisdə başladıb. O, deyib ki, guya Milli Məclisdə Əli Kərimlini təhqir etmişəm. Mən o yaramazın videolarına baxmıram.

Bir Azərbaycanlı iqtidarın sadiq əsgəri olaraq, belə şərəfsizlərin videosuna baxmağı özümə yaraşdırmıram. Sadəcə mənə bu haqda deyiləndən sonra tarixə ekskurs etməli oldum. 2002-ci ilin may ayında Milli Məclisin plenar iclaslarının birində Əli Kərimlinin Azərbaycana, dövlətimizə qarşı səsləndirdiyi fikirlərə etiraz olaraq onun mövqeyinə qarşı çıxış etdim. Sadəcə olaraq, mən çıxış edərkən AXCP-dən olan deputatlar, həmçinin, Əli Kərimlinin özü məni təhqir edib, şərəf və ləyaqətimə ünvanlanan ağır söyüşlər söydülər. Mən də çıxışımı dayandırıb özümü müdafiə məqsədilə onlara cavab verməli oldum. Bu hadisənin üstündən 17 il keçib. Ola bilsin kimlərinsə yadında qalmayıb, ya da başqa cür xatırlaya bilər. Bir yandan da Vidadi adlı məxluqun yalançı, böhtan, qərəzli, şərəfsiz çıxışları kimlərisə çaşdıra, həqiqətdən uzaqlaşdıra bilər. Ona görə də, gerçəyi, həqiqəti ortaya qoymaq üçün Milli Məclisdəki o hadisənin videogörüntüsünü təqdim etməyi lazım və vacib bildim. Qoy oxucular, xalq hər şeyi bilsin. Kimin kim olduğunu əyani görsün. Dediklərim də faktdır, doğru-düzgündür. Həmin gündən Əli Kərimov öz dəstəsi ilə MM-dən gedib və bir daha parlamentə qayıtmadı, məhkəməyə də vermədi.

Əhəd Abıyev,

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...