Dilqəm Əsgərovdan PİS MƏKTUB GƏLDİ - "Mənə 30-dan çox iynə vurdular, vəziyyətim..."
Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib.
Mynews.az xəbər verir ki, bu barədə azvision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər var.
"Atam və Şahbazla görüş keçirilib. Məktubda atam vəziyyətinin ağır olduğunu, səhhətində ciddi problemlərin olduğunu yazıb. Məktubda qeyd edib ki, ona 10 gün ərzində 30-dan çox iynə vurublar. Atam Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimlərindən hələ bir xəbər almadığını yazıb. Sonda isə "kəlbəcərlilərin bayramını təbrik edirəm"- deyə qeyd edib. Atam, həmçinin onu axtaran və axtaramayan, tanıyan və tanımayan hər kəsə salam göndərib".
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar.
"Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 942 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 932 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 931 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 929 dəfə oxunub