Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! Bu məntəqələrdə nəticələr ləğv edildi - MSK-nın QƏRARI

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün 34 saylı Xətai üçüncü seçki dairəsi üzrə müraciətə baxılıb

Mynews.az Yenicag.az-a istinadla xəbər verir ki, müraciətdə seçkilər zamanı pozuntulara yol verildiyi bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalar zamanı şikayət qismən təsdiqini tapıb.

MSK üzvü İlkin Şahbazov həmin dairə üzrə 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermnin nəticəsinin etibarsız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, 34 saylı Xətai ikinci seçki dairəsində ümumilikdə 36 seçki məntəqəsi var.  Həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...