Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xalqın qayğıkeşi: Prezident İlham Əliyev gerçəkliyinin qürur mücəssəməsi! - ANALİTİK

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasını, ümumiyyətlə, bu dəyərlərin formalaşaraq inkişafını dövlət siyasətinin əsas təməli kimi tərənnüm edib. Söz yox ki, bütün bunlar bütövlükdə milli mənəviyyatın, habelə əxlaqi dəyərlərin təcəssümü olaraq da qiymətləndirilə bilər. Bu baxımdan onu da deyə bilərik ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin irsini hifz edərək onu qoruyub saxlayıb. Ümummilli Liderimiz bu xüsusda vurğulamışdır: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Bu gün həmin siyasət Onun layiqli davamçısı və siyasi varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Çünki o da bəllidir ki, mütərəqqi sosial siyasət həyata keçirilən Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, insan amilinə xüsusi diqqət yetirilir. Yəni vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin təminatı daim diqqət mərkəzində saxlanılır və biz bunu tarix kimi yaşamaqla yanaşı, həm də vətəndaş, xalqın nümayəndəsi olaraq davamlı şəkildə müşahidə etməkdəyik...

XALQ-PREZİDENT vəhdətinin, etimad və etibarının gerçəkliyi

Təbii ki, bu reallıqların arxasında dayanan mühüm məqam bilavasitə milli mənəviyyatın və dəyərlərin qorunması, insanlara həmin dəyərlər kontekstində diqqət faktoru dayanmaqdadır. Dövlətimizin başçısı hakimiyyətinin bütün dövlrərində Azərbaycanın hər bir bölgəsinə dəfələrlə səfərlər edir, əvvəllər verdiyi göstəriş və tapşırıqların nəticələri ilə maraqlanır, şəxsi nəzarətində saxlayır. Bütün bunlar vətəndaşa olan sevgi, hörmət və dəyər mücəssəmisidir!

Təkcə bu istiqamətdəki faktları sadalasaq, bir daha qeyd edə bilərik ki, xalqımızın Lideri daim vətəndaşlarla təmasda olamqla yanaşı, hətta ayrı-ayrılıqda onların problem və qayğılarını dinləyir, yerində qərarlar verir və XALQ-PREZİDENT vəhdətinin, etimad və etibarının reallığını nümayiş etdirir. Prezident İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır. Bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir.

Cənubdan Şimala, Qərbdən Şərqə...

Cənab İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, Cənubdan Şimala, Qərbdən Şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir. Elə Lənkəranda bina çökəndə, Mərkəzi Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda, Ağsuda zəlzələ olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü.

Gəlin birlikdə bu faktları bir daha xatırlayaq:

2010-cu ilin mayında - Azərbaycanın Mərkəzi Aran bölgəsində Kür çayının məcrasını aşaraq, sel fəlakəti yaşatmasının ardınca Prezident İlham Əliyev həmin bölgələrə səfər edərək, orada sakinlərlə görüşdü, onların problemləri ilə maraqlandı, dəyən ziyanın aradan qaldırılmasının dövlətimizin başçısının daim diqqətində olduğunu göstərdi, əhalinin yaşayış yerlərinə köçürülməsinə, evləri dağılan insanların mənzil problemlərinin həllinə başlandı. Artıq bu gün həmin bölgələrdə sözügedən problem yaşanmır, Azərbaycan dövləti bu problemlərin aradan qaldırılması üçün lazım olan bütün müvafiq tədbirləri həll edib, vətəndaşının yanında olub.

Prezident İlham Əliyev müxtəlif hadisələrdə – yanğınlar, dağıntılar, torpaq sürüşmələri, zəlzələlər və s. kimi hallarda da dərhal hadisələrin baş verdiyi yerlərə gedir, problemlərin həll olunması üçün xalqla görüşür, onlarla fikir mübadilələri aparır, problemlərini dinləyir və xalqın Prezidenti olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir.

Mütərəqqi İnsanlıq reallığı

Zaqatala və Balakəndə, eləcə də Ağsuda baş verən zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşları ziyarət edən Prezident İlham Əliyev demək olar ki, onların hər biri ilə ayrı-ayrılıqda görüşdü, problemlərini dinlədi və təbii fəlakətin qısa müddətdə aradan qaldırılması üçün müvafiq strukturlara tapşırıqlarını verdi. Lakin bu məqamda da diqqət çəkən amil o oldu ki, dövlətimizin başçısı yaşlı ananın evini ziyarət etdi, onunla səmimi söhbətini apardı və evinin yenidən, ən müasir standartlara uyğun şəkildə bərpa olunması göstərişini verdi.

Daha bir qürurverici faktor isə budur ki, xalqımızın Lideri bir müddət sonra yenidən həmin bölgələri ziyarət edərək, görüşlən işlərin yekunları və nəticələri ilə maraqlanır. Məhz bu reallıq Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin sübutu və məntiqi nəticəsidir.

Bu da son deyil. Dövlətimizin başçısı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri ilə görüşlərində yaşlı ata və anaların yanına gedib, onların əllərindən öpməsi, öz əli ilə su içdirməsi, cəbhə bölgələrinə gedərək bilavasitə yaşananlarla maraqlanması kimi amillərin hər birinin arxasında MÜTƏRƏQQİ İNSANLIQ reallığı dayanmaqdadır.

Bu dəfə də qalibiyyət bizimlə olacaq!

Bu gün dünyada koronavirus epidemiyasının tüğyan elədiyi bir zamanda Prezident İlham Əliyev xalqının yanındadır. Ölkədə görülən operativ və qabaqlayıcı tədbirlərin hər birinin təməlində vətəndaşın sağlamlığının mühafizəsi, sağlamlığı marağı dayanmaqdadır. Qısa müddətdə yeni xəstəxanaların açılması, pandemiya dövründə xəstəxanaların hazırlıqlı vəziyyətə gətirilməsi, xarici ölkələrdə qalmış vətəndaşlarımızın Azərbaycana geri gətirilməsi, karantin üçün nəzərdə tutulmuş yerlərin ən müasir standartlara uyğunlaşdırplması, yeni xəstəxnaların açılması, yaşları 65-dən yuxarı olan və risk qrupuna aid məhbusların əfvi və s. kimi faktların hər birində qeyd eidlən fikirlər dayanmaqdadır.

Artıq yüzlərlə vətəndaşlarımız dövlətimizin başçısına müxtəlif bölgələrdən minnətdarlıq məktubları ünvanlayır, bu məkburlarında dövlətin vətəndaşa göstərdiyi qayğıya görə təşəkkürlərini bildirirlər. Bu isə həm də belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, dövlətlərin milli dəyərlər əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqının eimadı və iradəsi ilə mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır. Bu baxımdan, fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət, ən əsası isə, milli dəyərlər kontekstindəki prinsipi üzərində qurulan Prezident İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidar sarsılmaz birliyi dayanır. Elə bütün bunların səbəbidir ki, bu gün Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz Liderinə inanır. Hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb.

Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Beləliklə, faktlar həm də onu göstərir ki, daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezidentin iş tərzidir. İş qrafiki nə qədər zəngin və ağır olsa da, dövlət başçısı hər zaman xalqın marağını üstün tutaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Azərbaycan xalqı da həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub.

Göründüyü kimi, hər zaman siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan Prezident İlham Əliyev atdığı addımlarla, verdiyi qərarlarla xalqın sevimli liderinə çevrilib. Dövlət başçısının məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəlib.

Sonda isə, Prezident İlham Əliyevin müsahibələrinin birində irəli sürdüyü mühüm fikirlərini xatırlatmaq istərdim. O, qeyd edib ki, xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür... Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq”.

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru, Fəlsəfə üzrə fəlsəfə doktoru

P.S. Bunu 16 il öncə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində də söyləmişdi: "Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Böyük Öndərimiz bu fikri ilə Azərbaycan xalqına onun alternativsiz siyasi kursunu davam etdirə biləcək ünvanı göstərmişdi. Çünki tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf konsepsiyasını məhz cənab İlham Əliyev uğurla davam etdirərək reallığa çevirə bilər və bu gün artıq Ulu Öndərimizin fikirləri öz təsdiqini tapır.

            
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...