Ərdoğan: “Azərbaycan ərazi bütövlüyünü təmin edib”

"Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər kədərinə rəğmən, daimi sabitlik üçün təqdirəlayiq duruş sərgiləyir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
"Şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib. Artıq Azərbaycan əraziləri illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub. Şuşanın başındakı duman artıq dərdli deyil. Əsir xarıbülbül artıq azaddır və daha parlaq açacaq. Köndələn çayı artıq daha coşqun axacaq, Araz mahnısını daha yaxşı oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü çıxacaq. Arazı ayırdılar, qum ilə doyurdular. Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar. Ay Laçın, Can Laçın, mən sənə qurban Laçın! Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır”, - o vurğulayıb.
Siyasət
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq
- Prezident: "Biz bu illər ərzində güc toplayırdıq"
- Ərdoğan: “Azərbaycan ərazi bütövlüyünü təmin edib”
- Cəlilabadın sabiq icra başçısı həbs edildi - YENİLƏNİB
- Ərdoğan Bakıda - YENİLƏNİB + VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO 934 dəfə oxunub
- "Qarabağ bizim yox, Azərbaycanındır!" - VİDEO - İrəvanda xalq ayağa qalxdı 929 dəfə oxunub
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq 917 dəfə oxunub
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 911 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 594 dəfə oxunub