Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavinini qəbul edib - FOTOLAR

Görüşdə Azərbaycan və İran arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluqla qeyd olundu. Ölkələrimiz rəhbərlərinin iradəsinə uyğun olaraq, əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

Mynews.az-ın XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazir Elmar Məmmədyarov bildirdi ki, dövlət başçıları səviyyəsində keçirilən görüşlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası birgə komissiyanın fəaliyyəti, insanlararası təmaslar Azərbaycan və İran arasında əməkdaşlığın hərtərəfli inkişafında mühüm rol oynayır.

25-26 yanvar tarixlərində Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasının əhəmiyyəti qeyd olundu və aparılan müzakirələrin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması işinə əsaslı töhfə verdiyi bildirildi. 

Görüşdə iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olundu.

Üçtərəfli əsasda Azərbaycan-İran-Türkiyə formatında əməkdaşlığın regionda sülh, sabitlik və çiçəklənmənin təmin olunmasına xidmət etdiyi vurğulandı. 

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını yüksək qiymətləndirdi və bunun müdrik bir qərar olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıldı.

   

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...