Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərkisyandan Bakıya mühüm Qarabağ mesajı

Serj Sərkisyan etiraf edir ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edir və əmrləri o verir.

Mynews.az xəbər verir ki, bu sözləri Ermənistan prezidentinin Dağlıq Qarabağ səfərini şərh edən poitoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, Sərkisyan Dağlıq Qarabağda diqqətçəkən açıqlama verib:

“O, ötən ilin Aprel döyüşləri zamanı itirdikləri yüksəkliyi, yəni Lələtəpəni geri qaytarmaq üçün əmr verməməsinin səbəbini belə izah edib: “İki seçimim var idi. Birincisi, yüksəkliyi geri qaytarmaq üçün əks-hücuma keçmək əmri verməli idim, ancaq bu halda ən azı yenə 100 nəfər itirə bilərdik. İkincisi, hərbçilərimin sağ qalması üçün yüksəkliyin itirilməsiylə barışmalı idim. Ancaq güclü siyasətçi ikinci seçimə üstlük verərdi və mən də belə etdim. İnsan həyatını ancaq güclü siyasətçi qoruya bilər”.

Bu açıqlamadan iki nəticə çıxır. Serj Sərkisyan etiraf edir ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edir və əmrləri o verir. Demək, cəbhədə təxribatlara da elə özü başçılıq edir.

İkincisi, Sərkisyan Lələtəpənin itirilməsiylə barışıbsa və daha çox hərbçisinin ölməsini istəməyərək əks-hücumdan vaz keçibsə, deməli, gələcəkdə başqa ərazilərin də itirilməsinə etiraz etməyəcək. Bu mesaj əslində bizədir”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan martın 25-də Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə qanunsuz səfər edərək separatçı qurumun “rəsmiləri” ilə görüşüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...