Ermənistanın 3 kəndi yer üzündən silindi - Paytaxt İrəvanda isə əhali...
Son illərdə Ermənistanda insanların ağır iqtisadi durumuna görə yaranan etiraz dalğasını həm xəbərlərdən, həm də sosial şəbəkələrdən izləyirik.
Ağır iş rejimi və az maaşdan şikayətlənən yerli əhalinin artıq ölkəni tərk etməsi isə göz önündədir. Əhalinin ölkəni tərk etməsi nəticəsində isə bir çox kəndlərdə və şəhərlərdə insan sayı kəskin şəkildə azalıb. Hətta buna görə Ermənistanın 3 kəndi yer üzündən silinib. "Aykakan Jamanak" qəzetinin məlumatına görə, bu kəndlər Lori vilayətinin Almadaran, Artavazan və Safali kəndləridir. İnsanların ağır sosial iqtisadi durumu ucbatından ölkəni tərk etməsi nəticəsində sözügedən kəndlərdə artıq bir nəfər də qalmayıb. 1 il bundan əvvəl kəndlərin hər birində 40-50 adam qalması ucbatından burdakı məktəblər də bağlanıb. Nəticədə hər üç kənddə axırıncı evin də qapılarına qıfıl vurulub. Yerli əhali bildirir ki, bu kəndlərin əhalisinin demək olar ki, hamısı hazırda Rusiyada gündəlik qazanclarını təmin etməklə məşğuldur. Vilayətin daha 4 kəndi də yer üzündən silinməyə namizəddir.
Qeyd edək ki, rəsmi statistikada ölkənin paytaxtı İrəvanda da əhalinin sayının azaldığı qeyd edilir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 981 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub