Erməni əsir - "Mən Azərbaycan vətəndaşıyam, bu mənim dövlətimin bayrağıdır" - VİDEO
"Mən Azərbaycan vətəndaşıyam, dövlətimin bayrağını saxlamaq olmaz? Bu mənim dövlətimin bayrağıdır, niyə düzəltməyim?".
SalamNews xəbər verir ki, bunu "Qarabağ - əsirlər və girovlar, Közərən Xaç" adlı sənədli filmində Azərbaycanda həbsxanada cəza çəkən erməni əsir Arsen Baqdasaryan deyib.
O, 2014-cü ilin dekabrında müdafiə mövqelərində piyada əleyhinə minalar basdırarkən tutulub. 15 il azadlıqdan məhrum edilən Baqdasaryan cinayət törətdiyini etiraf edib.
Baqdasaryan erməni tərəfinin Azərbaycanla bağlı yalanlar danışdığını bildirib: "Bizə daim deyirdilər ki, əgər Azərbaycan Qarabağı alsa, bizim ana-bacılarımızı tikə-tikə edəcəklər. Mən də erməniyəm. Amma indi hər şeyi görürəm. Burada mənə, heç olmasa, sillə vursunlar, niyə vurmurlar?".
O, ermənilər tərəfindən əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəməyə necə aparıldığını gördüyünü deyib. Burada isə onun üçün hər cür şərait yaradıldığını, adi qaydada məhkəməyə aprıldığını qeyd edib.
Azərbaycan vətəndaşı Mayıl Məmmədov isə 1992-ci ilin oktyabr ayında erməni tərəfinə əsir düşüb. Arsendən fərqli olaraq o, olmazın müsibətlərə və zorakılıqlara məruz qalıb, erməni vəhşiliyinin qurbanı olub. Hətta ermənilərə "torpaqlarımı qoruyurdum" dedikdə ona torpaq yedirdiblər. Damarlarına kerosin, sinəsinə xaç damğası vurulub. Gözü qarşısında onlarla azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Mətbuat Şurasının sifarişi ilə hazırlanmış sənədli filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müəllifi Əməkdar jurnalist Mübariz Əsgərovdur.
"Biz həmişə ermənilərə sayğı ilə yanaşmışıq. Bunun nəticəsidir ki, bu gün 30 mindən artıq erməni bizim ailələrimizdə yaşayır. Onlar kiminsə anasıdır, kimlərinsə xanımıdır, kimlərinsə nənəsidir, kimlərinsə əmisi, dayısıdır. Bu, Azərbaycan xalqının tolerant ruhundan, tolerant adət-ənənəsindən, tolerant xarakterindən irəli gəlir" - deyə Əli Həsənov bildirib.
Filmdə 1918-ci il martın 31-də ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım bütün incəlikləri ilə öz əksini tapıb. Filmin çəkilişlərində konkret sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid ifadələrinə yer verilib.
Loading...
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 930 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 910 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 902 dəfə oxunub
loading...