Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qarabağda yeni MÜHARİBƏ, qaçılmaz və MƏHVEDİCİ SONLUQ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər. Belarus və Rusiyada bir-birinin ardınca genişmiqyaslı etiraz aksiyaları keçirilib. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri ətafında müzakirələr davam edir. Martın 29-da “Brexit” rəsmən başlayıb.

Azərbaycan Ordusunun nəyə qadir olduğunu prezidenti İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüşündə dilə gətirib. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğu deyən dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib: “Əks təqdirdə daş-daş üstə qalmazdı”.

İlham Əliyev: "İşğal edilmiş torpaqlarımızda baş verən və baş verə biləcək hadisələr daxili işimizdir" - FOTOLAR (YENİLƏNDİ)

İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib.

.Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Riçard Hoqland həmçinin deyib ki, Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlarda bir neçə ağıllı plan var və tərəflər bu planlar ətrafında danışıqlar aparmalı, həll yolunu tapmalıdır. Onun sözlərinə görə, masadakı planların son planlar olmaması mümkündür. Amerikalı həmsədr “Lavrov planı”nın mövcudluğu ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, həmsədrlər belə terminlərdən istifadə etmir.

“Plan var: bu üç hissədən ibarətdir, lakin indi detallardan danışmaq yersizdir. Tərəflər bu planın üzərində işləyir”, - deyə o vurğulayıb.

Ermənistanın “Aykakan Jamanak” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır.Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün konkret nə vaxt keçiriləcəyinin məlum olmadığını qeyd edən mənbə diqqət çəkən bir informasiyanı da sızdırıb.

“ATƏT-in Minsk qrupu razılığa gəlmələri üçün münaqişə tərəflərinə tələblərini gücləndirib”, - deyə o bildirib.

ABŞ Qarabağın qaytarılmasına “hə” DEDİ: prezidentlər görüşəcək və... - DETALLAR

Mənbə diqqət çəkən bir informasiyanı da sızdırıb.

Ermənistan prezidenti Serj Sarkisyanın martın 25-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Onun səfərində üç helikopter detalı diqqət çəkib.“Qraparak” qəzeti təhlükəsizlik mənbələrinə istinadən Sarkisyanın üç helikpterlə Qarabağa gəldiyini yazıb. “Bu, gözlənilən təhlükəni azdırmaq üçün idi. Heç kim prezidentin hansı helikopterdə olduğunu bilmirdi”, - deyə mənbə bildirib.
 

Sarkisyanın Azərbaycana gizli gəlişinin SİRRİ ORTAYA ÇIXDI

Səfərdə üç helikopter detalı diqqət çəkib.

“Joxovurd” qəzeti öz mənbələrinə istinadən Serj Sarkisyanın təhlükəsizliyinin gücləndirildiyini yazıb. Erməni mənbələr Sarkisyanın mühafizəsinin son zamanlar iki dəfə gücləndirildiyini deyib.

“Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas de Vall Ermənistan mediasına müsahibəsində deyib ki, çoxları bu ilin yazında Dağlıq Qarabağ münaqişəsi zonasında müharibənin olacağını gözləyir. “Çünki ötən ilin “aprel müharibəsi”ndən sonra nizama salınma prosesində irəliləyiş yoxdur və diplomatiya heç bir naliyyətə imza atmayıb”, - o qeyd edib.
 

#192750#

Martın 29-da ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ən son hərbi və siyasi məlumatları əldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsini və münaqişənin həlli istiqamətində gələcək addımları müzakirə etmək olub.

Qeyd edək ki, həmsədrlər martın 11-də Bakıda, martın 27-də Yerevanda və martın 28-də Dağlıq Qarabağda olublar.

Dağlıq Qarabağ ətrafındakı ərazilər konflikt tərəflərinin hazırda üzərində danışıqlar apardıqları sənəd əsasında Azərbaycana qaytarılmalıdır. Bunu “Kentron” televiziyasında çıxışı zamanı Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan söyləyib.

“Əgər biz bunu etməsək, o zaman nə vaxtsa bu torpaqları bizdən sanksiyalar yolu ilə geri alacaqlar. Dövlət gərək bunun üçün cəmiyyəti hazırlasın. Əgər Serj Sərkisyan bu yolla getsə, mən son ana qədər onun yanında olacağam”, – deyə o bildirib.

Ermənistanın birinci prezidentinin işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri ətafında müzakirələr davam edir. Erməni ekspertlər Petrosyanın Sarkisyanla birgə hərəkət etdiyini və əhalinin ərazilərin qaytarılmasına hazırlandığını hesab edir.
 

Qarabağın qaytarılması ilə bağlı GİZLİ SAZİŞ: Sarkisyanla Ter-Petrosyan RAZILIĞA GƏLDİ

Əraziləri qaytarmağa məcbur qaldılar...

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat verib. O, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatlarında həmsədrlərin tərəfləri siyasi həll prosesində iştirak etməklə bağlı çağırışlarına qoşulub.

Britaniyanın Beynəlxalq Araşdırmalar üzrə Kral İnstitutunun (Chatham House) analitik Lourens Broers isə xəbərdarlıq edib ki, Qarabağda “aprel müharibəsi”ndən daha dəhşətli toqquşma gözlənilir. Onun sözlərinə görə vəziyyət aprel hadisələrindən daha gərgindir.

Qarabağda “aprel müharibəsi”ndən daha dəhşətli toqquşma gözlənilir

“Bu dəfə vəziyyət aprel hadisələrindən daha gərgindir”.

Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov APA-ya müsahibəsində deyib. O, heç bir “Lavrov planı”nın mövcud olmadığını söyləyib.

Lavrovdan Qarabağ AÇIQLAMASI: “Bir çox məsələlər razılaşdırılıb”

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vaşinqton və Parislə sıx qarşılıqlı fəaliyyətimiz davam edəcək.

Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkədə təxribat hazırlayan şəxslərin fəaliyyətinin Amerika və alman fondları tərəfindən maliyyələşdirilməsini açıqlaması (martın 24-də – red.), ardınca, martın 25-nə təyin edilmiş mitinqdə zorakılığın tətbiq edilməsi gündəmin əsas mövzularındandır.

Müxalifətdə olan Belarus Milli Konqresinin lideri Nikolay Statkeviç hökumətin dəyişdirilməsi ilə nəticələnəcək mitinqlərin baş verəcəyi haqda xəbərdarlıq edib. O bildirib ki, ehtiyac olduğu halda etirazçılar paytaxt Minskin küçələrini tərk etməyəcək və Kiyevdəki Maydan Belarusda da təkrarlanacaq.

Qanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞI

Bunun üçün qanlı sıyığın hazırlanması ssenarisi seçiləcək.

Postsovet məkanındakı digər etirazlar kimi Rusiyada bu yaxınlarda keçirilən etirazlar da “Kreml tamaşası”dır. Bunu Rusiya publisisti və analitiki Vladimir Qolışev “Obozrevatel” nəşrinə açıqlamasında deyib.

Analitik qeyd edir ki, bu, xalq kütlələrinin üsyanı, Aleksey Navalnının hansısa istedadının məhsulu deyildi. Onun sözlərinə görə, Kreml təşkil olunmuş “tamaşa” vasitəsilə iki məqsədə çatmağa ümid edir.

Putinin Medvedevə nə söz vermişdi? - "Kreml tamaşası”nın ŞOK SİRRİ

"Rusiyada bu yaxınlarda keçirilən etirazlar da “Kreml tamaşası”dır".

ABŞ İraq və Suriyada “böyük kürd dövləti”nin yaradılması ilə bağlı YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı - red.) ilə razılığa gəlib. Bu iddia ilə Suriyanın “İnside Syria Media Center” xəbər portalı çıxış edib. Bu iddia Rusiya Müdafiə Nazirliyi tərəfindən təkzib edilib.

Məlumata görə, yeni dövlətin yaradılması ilə bağlı razılaşma Rakka və Tabkanın İŞİD-dən geri alınmasından sonra tətbiq olunacaq. İddiaya görə, Amerika “böyük Kürdüstan dövləti”nin sərhədlərini də müəyyən edib.

ABŞ martın 25-də Suriya, İran və Koreya Xalq Demokratik Respublikasına aid olan yaymama haqqında Amerika qanunu ilə əlaqədar olaraq Rusiyanın səkkiz şirkətinə qarşı sanksiyaları tətbiq edib. Dövlət Departamentindən bildirilib ki, sanksiyalar daim aparılan qiymətləndirmələrin nəticəsi olub.

İŞİD terror qruplaşması İranın ünvanına təhdidlərin yer aldığı videonu yayıb. İranın IRINN xəbərlər telekanalın məlumatına görə, internetdə yerləşdirilən videoçarx 37 dəqiqədən ibarətdir. Videoda İŞİD-in üç döyüşçüsü iştirak edir. Onlar İran hakimiyyətini kafir adlandırır, əhalini qarışıqlıqlara, diversiyalara və silahlı hücumlara çağırırlar. Onlar iddia edir ki, İŞİD İran fəth edəcək.

İŞİD-in təhdid etdiyi İranın prezidenti Həsən Rusiya isə martın 28-də Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Vladimir Putin İranı xeyirxah qonşu və Rusiyanın etibarlı partnyoru adlandırıb. Həsən Ruhani öz növbəsində, Rusiya və İranın Yaxın Şərq regionunda əməkdaşlığının sülh və sabitliyə xidmət etdiyini, üçüncü ölkələrə qarşı yönəlmədiyini bildirib. O ümid etdiyini vurğulayıb ki, Rusiyaya səfərinin gedişatında Rusiya-İran münasibətlərinin möhkəmləndirilməsi üzrə yeni addımlar atılacaq.

ABŞ və NATO-nun Qara dənizdə güclənməsi Rusiyanı narahat edir. “Qara dənizdə olan ABŞ hərbi gəmiləri potensial təhdiddir. Gəmilərdə hansı növ raketlərin olduğu məlum deyil”, - Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Amerika və Rusiya dənizdə üz-üzə gəldi - MÜHARİBƏYƏ HAZIRLIQ?

NATO-nun Avropa komandanlığının ali baş komandanı, Amerika generalı Kertis Skaparotti Avropada Rusiyanın qarşısının alınması üçün əraziyə qoşunlar göndərməsini xahiş edib.

Kertis Skaparotti bildirib ki, “daha davakar Rusiya”nın saxlanılması üçün ona qoşunlar və müasir silahlar lazımdır. Skaparrotti deyib ki, Rusiya nüvə arsenalını yalnız bərpa etmir, həm də müasirləşdirir və ölkə sərhədləri boyu dövlətlərin qorxudulması strategiyasının reallaşdırılması çərçivəsində nüvə silahından istifadə edir.

“Qoşun və texnika lazımdır!” - Rusiyaya qarşı MÜHARİBƏ ÇAĞIRIŞI

“İndi bizə daha çox güc, məsələn zirehli tank diviziyası lazımdır".

ABŞ və Estoniya əsgərləri Rusiya ilə sərhəddə səngər qazırlar. Estoniya Silahlı Qüvvələri bununla bağlı videogörüntülər yayıb.

Martın 29-da “Brexit” (Böyük Britaniyanın Avropa İttifaqından çıxması –red.) rəsmən başlanıb. Böyük Britaniyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Tim Barrou martın 29-da Britaniyanın baş naziri Tereza Mey tərəfindən imzalanan və krallığın Avropa İttifaqından çıxışını nəzərdə tutan rəsmi məktubu Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska verib. Avropa İttifaqından çıxış haqqında Lissabon müqaviləsinin 50-ci maddəsində yer alan qaydalara əsasən Böyük Britaniya “Brexit”in işə salınmasından düz iki il sonra - 2019-cu martın 29-da qurumu tərk etməli olacaq.

Martın 30-da ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib. Yüksək vəzifəli qonağın ilk görüşü baş naziri Binəli Yıldırımla olub. Tillerson daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Həmkarının üzünə dedi: “ABŞ terror təşkilatına...” - YENİLƏNDİ - VİDEO

Mövlüd Çavuşoğlu Ankarada səfərdə olan amerikalı həmkarı Reks Tillersonla görüşüb.

Rusiya prezidenti Vladimir Putin martın 30-da Arxengelskdə keçirilən Beynəlxalq Arktika Forumunda çıxışında ABŞ-Rusiya münasibətlərinə xüsusi yer ayırıb. Onun sözlərinə görə, anti-Rusiya kartı ABŞ-ın daxilində ayrı-ayrı siyasi güclərin xeyrinə oynanılır.

ABŞ-Rusiya münasibətlərinin hazırda praktik olaraq sıfır səviyyəsində olduğunu deyən Putin Ağ Evi yeni Karib böhranın barədə xəbərdar edib.

“1960-cı illərə, Karib böhranına...” - Putindən ŞOK XƏBƏRDARLIQ

​​​​​​​“Rusiya ABŞ kimi böyük dövlətlə əməkdaşlıq münasibətlərini qaydaya salmaq istəyir”.

ABŞ-ın Havay ştatı məhkəməsi prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salınması barədə hökmünü uzadıb. Qərar hakim Derrik Uotson tərəfindən çıxarılıb. Martın 18-də ABŞ Ədliyyə nazirliyi Havay ştatı məhkəməsinin qərarından apelyasiya vermişdi.

İranın Müdafiə naziri Hüseyn Dehqan ABŞ-dan Fars körfəzini tərk etməsini tələb edib.Amerikalıların Fars körfəzində nə işi var? Onlar buranı tərk edib, region  ölkələrinə narahatlıq yaratmamalıdırlar”, – deyə o bildirib.

İranın eks-prezidenti Mahmud Əhmədinejat isə ölkə mətbuatına müsahibəsində söyləyib ki, ABŞ Asiyada yeni müharibəni alovlandırır. O, ABŞ-ın bu müharibədən sonra dünyanın aparıcı gücü olmaq mövqeyini itirəcəyini bildirib. Eks-prezident müharibənin təkcə İrana qarşı başladılmayacağını bildirib.

Cənubi Koreyanın impiçmentlə vəzifəsindən uzaqlaşdırılan prezidenti Pak Kın Xen həbs olunub. Prokurorluq Pak Kın Xeni ötən ilin sonunda həbs olunan və sabiq prezidentin ən yaxın rəfiqəsi olan Çoy Sun Sul ilə birlikdə rüşvət və hakimiyyətdən sui-istifadə hallarına görə ittiham edib.

“WikiLeaks” saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid “Vault 7” adlı məxfi sənədlər paketinin yeni hissəsini dərc edib. “Marble” (“Mərmər”) adlandırılan hissədə 676 fayl var.

“Dark Matter” (“Tünd materiya”) kimi göstərilmiş MKİ-nin sənədlərinin əvvəlki hissəsi martın 23-də dərc edilib. “WikiLeaks” MKİ-nin məxfi sənədlər paketinin birinci hissəsini isə martın 7-də (8,7 min sənəd) dərc etdi. Bildirilir ki, məxfi sənədlər paketinin ilk hissəsinin dərci kəşfiyyat idarəsinin ən böyük informasiya itkisi olacaq.

“Donbasda Rusiya tərəfindən başladılan müharibə və Rusiya hərbi təhlükəsi uzunmüddətli perspektivə qalacaq”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Müdafiə Nazirliyində ali hərbi məktəbin tələbələri qarşısında çıxışı zamanı deyib.

“Uzunmüddətli müharibə perspektivi və Rusiya hərbi təhlükəsi böyük miqdarda ixtisaslaşdırılmış kadr tələb edirlər. Məhz döyüşlərin nəticələri və əsgərlərin həyatları zabitlərin bacarığı və peşəkarlığından asılıdır”, - prezident əlavə edib.

Moskva ukraynalıları bir-birinə düşmən edib, ölkəni daxildən parçalamaq istəyir. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.

“Rusiya artıq çoxdan anlayıb ki, Ukraynanı boş əllə ələ keçirmək mümkün olmayacaq. Ona görə də onlar ölkəni daxildən yox etmək üçün böyük güc sərf edirlər”, – deyə o bildirib.

Kərkükdə kürd bayraqlarının dalğalandırılması ilə tarixi türk torpağı olan bu şəhərin kürdləşdirilməsi ssenarisi işə düşüb. Novruz bayramı münasibətilə Kərkükdə kürd bayraqları qaldırıldı. Bu bayram tədbiri fonunda sıradan bir hadisə görünürdü. Lakin daha onar şəhərin bütün dövlət binalarında, ictimai yerlərində kürd bayraqlarının asılması qərarı verildi.

Azərbaycanlıların şəhərini işğal SSENARİSİ: toqquşmalar davam edir - FOTO/VİDEO

2003-cü ildə Kərkük Əmlak Qeydiyyatı İdarəsinin binasının yandırılması da məhz ikinci böyük toplumun məhvinə hesablanmışdı.

İraq parlamenti Kərkükdə valilik və dövlət binaları üzərində yalnız İraq bayrağının asılması haqda qərar çıxarıb. Parlament üzvləri yekdilliklə Kərkükdə İraq Kürd Muxtariyyətinin bayrağının asılmasına qarşı çıxıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...