Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan prezidentinə raport verib. Qazaxıstan və Azərbaycan dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qazaxıstan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

 

Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdiriblər.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...