Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

XİN-lərarası məsləhətləşmələr aparılacaq

MDB İcraiyyə Komitəsinin Minskdəki mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 2-3-də Birliyin Belarus paytaxtındakı qərargahında “2017-ci ildə MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” mövzusunda XİN-lərarası məsləhətləşmələr aparılacaq.

Tədbir iştirakçıları Birliyin Dövlət Başçıları Şurasının MDB-nin müasir reallıqlara uyğunlaşdırılması barədə qərarının həyata keçirilməsi üzrə xarici siyasət idarələrinin vəzifələrini və qarşıdakı ildə XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələr planının layihəsini müzakirə edəcəklər.

MDB çərçivəsində 1995-ci ildən keçirilən XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələr Birlik ölkələrinin siyasi sahədə qarşılıqlı fəaliyyətinin mühüm vasitəsidir.

Məsləhətləşmələrin əsas məqsədi aktual xarici siyasət məsələləri, habelə qarşılıqlı maraq doğuran regional və qlobal siyasət barədə geniş informasiya və fikir mübadiləsidir. Bu halda MDB üzvü olan dövlətlərin mənafelərinin səmərəli təmin edilməsi və birgə tədbirlərin razılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...