Diasporla İş üzrə Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yanvarın 30-da Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mynews.az-ın verdiyi xəbərə görə, Nazim İbrahimov qonaqları yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. O, Amerika Yəhudi Komitəsi ilə bir neçə il əvvəl başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulayıb və bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib. Komitə sədri Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib. Artıq diasporlar arasındakı əlaqələrin dövlətlərarası münasibətlərin inkişafına da stimul verdiyini qeyd edən Dövlət Komitəsinin sədri bu sahədə Amerika Yəhudi Komitəsinin əməyini xüsusi vurğulayıb.
Amerika Yəhudi Komitəsinin icraçı direktor David Harris ABŞ-dakı prezident seçkilərindən sonra nümayəndə heyətinin Azərbaycana ilk səfərinin olduğunu qeyd edib. Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin inkişafına böyük önəm verdiklərini bildirən qonaq bildirib ki, bu səfər əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü barədə danışan Devid Harris bu görüşü yüksək qiymətləndirib. O, daha sonra İsrailin Baş naziri Benyamin Netanyahunun ötən ilin dekabrında Azərbaycana səfərini qeyd edərək bu səfəri yüksək dəyərləndirdiyini, ikitərəfli münasibətlərin inkişafında bu səfərin çox böyük rolu olduğunu bildirib. Devid Harris, həmçinin qeyd edib ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayan şəxsdir.
Görüşdə, həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.
Xatırladaq ki, Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti yanvarın 28-dən Bakıda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 968 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 936 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 927 dəfə oxunub