Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məmmədyarov Macarıstanın XİN başçısı ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Vışeqrad qrupu və “Şərq tərəfdaşlığı” ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.

Mynews.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri və mümkün əməkdaşlıq sahələri barəsində fikir mübadiləsi aparılıb. Çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

E. Məmmədyarov həmkarının Macarıstana səfər dəvətini məmnuniyyətlə qəbul edib. O, tərəf müqabilinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son durumu barədə məlumat verib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlanmalı olduğunu diqqətə çatdırıb.

P. Siyarto Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi üzrə danışıqların başlanması prosesinə Macarıstanın tam dəstək verdiyini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...