Zakir Həsənov Əli Laricani ilə görüşdü - FOTOLAR
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 17-də İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə müdafiə naziri Azərbaycan və İran prezidentlərinin, dövlət rəsmilərinin çoxsaylı görüşləri və qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini, ikitərəfli əməkdaşlığın inkişafına və daha da güclənməsinə xidmət etdiyini bildirib.
Regionda təhlükəsizlik məsələlərinə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, xüsusən də son vaxtlarda qoşunların qarşıdurma xəttində baş vermiş hadisələr barədə məlumat verib.
Ə.Laricani isə öz növbəsində İranın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan ilə İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələləri müzakirə ediblər.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1095 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1082 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1082 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1079 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 983 dəfə oxunub