Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əcnəbilərin Mübariz İbrahimov haqqında çəkdiyi film Ermənistanı - LƏRZƏYƏ SALDI - VİDEO

Türkiyənin "İst” film şirkəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən film çəkir.

Publika.az xəbər verir ki, bu gün film “İst” film şirkətinin mətbuat katibi Babək Həsənoğlu və nümayəndəsi Maksim Hüseynov, həmçinin ssenarist Rəşad Süleymanoğlu mətbuat nümayəndələri ilə görüş keçirib. Mətbuat konfransında B.Həsənoğlu Azərbaycan Milli qəhrəmanı Mübariz İbrahimov haqqında çəkilən “Vətən üçün qanla yazılan bir dastan” bədii filmiylə bağlı jurnalistlərin suallarını cavablandırıb:

“Filmin tanıtım çarxı tamamilə “İst” film şərkəti tərəfindən ərsəyə gətirilib. Bacardığımız qədər igidimiz Mübariz İbrahimovun adına, şanına layiq layihə həyata keçirməyə hazırlaşırıq. Rəsmi səhifimizə gələn məktublardan və rəylərdən aydın olur ki, insanların filmə marağı olduqca böyükdür. “Vətən üçün qanla yazılan bir dastan” qardaş ölkədə, hətta qeyri-türk dövlətlərdə də maraqla gözlənilir. Yeri gəlmişkən qeyd edim ki, bu film Ermənistanı da qıcıqlandırıb, orada əks-səda doğurub. Rəsmi səhifəmizə dost ölkələrdən xoş fikirlərlə yanaşı, düşmən ölkədən qıcıqlandırıcı mesajlar gəlir. Ermənilər bizim bu işdən vaz keçməyimiz üçün əllərindən gələni edir, amma bunlar bizə stimul verir və daha möhkəm olmağa vadar edir”.

B.Həsənoğlu Azərbaycan Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovun həyatından bəhs edən filmin hazırlıqlarının 2015-ci ildən etibarən başladığını bildirib:

"Lakin yaxın keçmişdə Türkiyədə baş verən 15 İyul hərbi çevrilişə cəhddən sonra çəkilişlər təxirə salındı. Və nəhayət ki, filmin çəkilişlərinə gələn ay başlamağı planlaşdırırıq. Çəkilişlərin Azərbaycanda, ya Türkiyədə aparılması hələ ki, dəqiqləşməyib, lakin çox istərdik səhnələrin inandırıcı alınması üçün Azərbaycanda aparılsın. Bununla bağlı generallarla da görüş keçirmişik. Onlar cəhbə bölgəsində də çəkiliş aparmaq üçün hər cür şərait yaradacaqlarını bildirib. Filmdə Mübariz İbrahimovun yaşadığı gerçək məkanlardan istifadə edilməsi nəzərdə tutulub. Milli qəhrəmanının ailəsi də görüşüb onların fikrilərini də öyrənmişik”.

B.Həsənoğlu rejisorun və “Vətən üçün qanla yazılan bir dastan” filmində Mübarizi canlandıraq aktyorun adını açıqlamayıb. O, bunu kommersiya sirri ilə izah edib.

“Mübariz rolunda çəkilən aktyor və artıq seçilib. Lakin sənədləşmə işləri rəsmi qaydada təsdiq olunmadığı üçün adını açıqlamırıq. Bir neçə aydan sonra şirkətin digər yaradıcı heyəti ilə birlikdə Azərbaycanda geniş mətbuat konsfransı təşkil olunacaq. Aktyorların adları oarada açıqlacaq. 6 rejissor var, onlar arasından biri seçiləcək”.

Rəşad Süleymanoğlu döyüş səhnələrində Türkiyə və Azərbaycandan əlavə, Hollivud ilə Bollivud kinolarının dünyaca məşhur rejissorları ilə işbirliyi quracaqlarını bildirib:

"Film Türkiyə şirkəti tərəfindən maliyyələşdirilir, lakin biz Mədəniyyət və Turizm Nazirliyi, həmçinin müdafiə Nazirliyi ilə bir sıra görüşlər keçirdik. Bu ideya onlar tərəfindən də alqışlandı. Film tamamilə Türkiyə istehsalı olduğu üçün aktyor heyəti onların tərəfindən müəyyən olunacaq. Bu səbəbdən də film türk dilində çəkiləcək, eyni zamanda azərbaycan dilində və bütün türk dilli dövlətlər üçün dublyaj olunacaq”.

R.Süleymanoğlu ssenariyə əsasən Fərid Əhmədovun da şəhadəti əks olunacaq, lakin əsas hadisələr Mübariz üzərində cərayan edəcək:

“Tizer Türikiyədfə çəkilib, ordakı bəzi səhnələrin filmdə istifadə olunması nəzərdə tutulub. Ssenarinin də sadəıcə karkazı hazırlanıb. Filmin büdcəsi də çox yüksəkdir. Dəstək olmaq istəyən sponsorlar çoxdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...