Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cəbhədə daha bir erməni hərbçi öldürüldü

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi öldürülüb.

Mynews.az xəbər verir ki, hadisə bu gün baş verib.

Cəbhə xəttində xidmət edən 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.

Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib. (apa)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...