Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyada hərbi xərclər - hansı ölkə orduya nə qədər pul xərcləyir? - FOTOLAR

Dünya ölkələri son illər hərbi xərclərini artırır.

Mynes.az
 Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh problemləri institutunun (SMİİPM) hesabatında deyilir.

SMİİPM-nin məlumatına görə, 2016-cı ildə 2015-ci illə müqayisədə dünyadakı hərbi xərclər 0.4% artaraq, 1686 milyard dollar təşkil edib. Hərbi xərclər ilk dəfə 2010-cü ildə Şimali Amerikada artıb, Qərbi Avropada isə bu artıq ikinci ildir ki, artır.

Beləliklə, dünya hərbi xərclər ardıcıl olaraq ikinci ildir ki, artır. Ən çox hərbi xərclərdə artım 2011-ci ildə müşahidə olunub ki, bu rəqəm pik nöqtəyə 1699 milyard dollara qədər qalxıbdır.

Hərbi xərclər müxtəlif regionlar üzrə fərqli dəyişir. Bu xərclərin Asiyada, Okeaniyada, Mərkəzi və Şərqi Avropada, eləcə də Şimali Afrikada daha da artacağı gözlənilir. Mərkəzi Amerika, Karib hövzəsində, Yaxın Şərqdə, Cənubi Amerika və Afrika ölkələrində Saxaraya doğru ərazilərdə bu xərclər azalıb.
 

news-detail

Birləşmiş Ştatlar dünyada ən yüksək illik hərbi xərcləri olan ölkədir ki, burda 2015-2016-cı illərdə xərclər 1.7% artaraq 611 milyard dollar təşkil edib. Siyahıda ikinci olan Çində hərbi xərclər 2016-cı ildə 5,4% artaraq 215 milyard dollar olub. 2016-cı ildə hərbi xərcləri 5,9% artıraraq, 69.2 milyard dollara çatdıran Rusiya üçüncü yerdədir. 2015-ci ildə 3-cü yeri tutan Səudiyyə Ərəbistanı 2016-ci ildə dördüncü pilləyə qalxdı. Onun regiondakı müharibələrdə daim fəal iştirakına baxmayaraq, hərbi xərcləri 30% azalaraq 63.7 milyard dollar təşkil edir. 2016-cı ildə hərbi xərclərini 8,5% artıran Hindistan siyahının 6-cı yeri tutub (55.9 milyard dollar).

2016-cı ildə ABŞ-da hərbi xərclərin artması Əfqanıstandan və İraqdan Amerika qoşunlarının çıxarılmasından və iqtisadi böhranın səbəb olacağından xəbər verir. 2016-ci ildə ABŞ-ın xərcləri 2010-cu ilə nisbətən daha 20% aşağı olmuşdur.

Avropada hərbi xərclərin artması baş verə biləcək hər-hansı təhdidin qarşısını almaq üçündür. Qərbi Avropada bu xərclər ardıcıl olaraq ikinci ildir ki, artır. (2016-ci ildə 2,6%)  Burada üç ölkədən başqa bütün ölkələrdə artım müşahidə olunub. Ən çox artım İtaliyada qeydə alınıb - 11% (2015-2016-cı illər ərzində). Mərkəzi Avropada ümumi xərclər 2016-cı ildə 2,4% artıb.

“Mərkəzi Avropanın bir çox ölkələrində xərclərin artması Rusiya tərəfindən ola biləcək təhlükənin qarşısının alınması kimi də izah olunur. Baxmayaraq ki, Rusiyanın 2016-cı ildə hərbi xərcləri NATO-nun bütün Avropa ölkələrinin büdcəsinin 27%-ni təşkil edir”, -deyə AMEX və SMİİPM proqramı üzrə elmi təmsilçi Simon Vezeman bildirib.

AMEX və SMİİPM proqramının digər elmi tədqiqatçısı Nan Tyan bildirir ki, neft gəlirlərinin azalması və neftin qiymətinin aşağı düşməsindən yaranan iqtisadi problemlər neft ixrac edən ölkələrin çoxunda hərbi xərclərin azalmasına gətirib çıxarıb:

news-detail

“2015-ci ildən 2016-ci ilədək olan dövrdə Səudiyyə Ərəbistanın hərbi büdcəsi 25.8 milyard dollara qədər azaldıldı”.

2016-cı ildə neftdən gələn milli gəlirin azalması səbəbindən hərbi xərclərində azalma müşahidə olunan ölkələr Venesuella (-56%), Cənubi Sudan (-54%), Azərbaycan (-36 %), İraq (-36 %) və Səudiyyə Ərəbistanıdır (-30 %). Digər nəzərə çarpacaq azalma Anqolada, Ekvatorda, Qazaxıstanda, Meksikada, Omanda və Peruda göründü. 15 ölkədən yalnız 2-sində azalma neftin ixracatı ilə bağlı deyil.

Əlcəzair, İran, Küveyt və Norveç kimi neft ixrac edən ölkələr neftin qiymətinin hazırlayacağı sürprizlərin öhdəsindən gəlmək üçün qabaqlayıcı tədbirlər hazırlayıb və 2016-cı ildəki əlavə xərclərə baxmayaraq, öz planlarını həyata keçiriblər.

news-detail
 

news-detail

news-detail

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...