Hərbi birləşmə və hissələr “Həyəcan” siqnalı ilə ayağa qaldırıldı - FOTOLAR
Naxçıvanda komanda-qərargah təlimi keçirilir.
Təlim çərçivəsində qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədi ilə birləşmə və hissələr "Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.
Cəmləşmə rayonlarında idarəetmə sistemləri vasitəsilə qoşunların idarə olunması praktiki həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordunun birgə fəaliyyəti ilə tibb müəssisələrindən hərbi vəzifəli şəxslərin və təcili tibbi yardım maşınlarının səfərbərlik üzrə toplanması və təyinatı üzrə bölüşdürülməsi həyata keçirilib.
Şəxsi heyətin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə hərbi səhra hospitalının hərbi həkim heyəti tərəfindən səfərbərliyə alınmış hərbi vəzifəlilərə göstərici dərs və məşğələlər keçirilib. Təlimin gedişində Naxçıvan səhiyyə naziri Niyazi Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Səxavət Salmanov, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev səfərbərlik üzrə tibb müəssisələrindən təlimə cəlb edilmiş hərbi vəzifəlilərlə görüşüblər.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun müxtəlif güc strukturları ilə birgə keçirilən komanda-qərargah təlimi davam edir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 951 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 907 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 597 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 597 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 594 dəfə oxunub