Bu musiqiçilər “qara siyahı”ya salınacaq
Dağlıq Qarabağa qanunsuz səfərlər davam edir.
Qarabağ separatçılarının dəvəti ilə "Sülh naminə incəsənət” layihəsi çərçivəsində italiyalı pianoçu və dirijor Luka Ferini, sloveniyalı klarnet ifaçısı Yoje Kotar və skripkaçı Çrtomir Şişkoviç Şuşadakı rəssamlıq muzeyində konsertlə çıxış ediblər. Xarici musiqiçilər aprelin 30-na qədər Xankəndində də 2 konsert verməyi planlaşdırırlar.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq açıqlama verib.
"İtaliya və Sloveniyadan olan musiqiçilərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri məsələsi Azərbaycanın bu ölkələrdəki səfirlikləri tərəfindən araşdırıcalacaq, həmin ölkələrin müvafiq strukturlarına sorğular göndəriləcək. Aparılan araşdırmalar nəticəsində həmin insanların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
Musiqi və incəsənət sülhə xidmət etməli olduğu halda, müəyyən maddi maraqlar naminə sözügedən əcnəbi musiqiçilərin Ermənistanın təbliğat maşınının alətinə çevrilmələri təəssüf doğurur. İşğal olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı törədilən vandalizm siyasətinin ört-basdır edilməsinə xidmət etmələrini kəksin şəkildə qınayırıq”.
H. Hacıyev vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır.
"Bu kimi qanunsuz fəaliyyət hüquqi məsuliyyət də ehtiva edir”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1109 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1096 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1096 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1093 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 992 dəfə oxunub