Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“O Səs Türkiyə”nin iştirakçısı: - “Bizə qarşı ədalətsizlik olmayıb”

“O Səs Türkiyə” mahnı yarışmasının iştirakçılarından biri olan Ozan Əhmədov bu müsabiqədən bir neçə azərbaycanlı iştirakçının eyni anda uzaqlaşdırılmasına münasibət bildirib. 
 
“Bizim Yol”a müraciət edən O.Əhmədov deyib ki, yarışmada azərbaycanlılara qarşı ədalətsizlik olmayıb: “Sadəcə kimin performansı zəifdi, o yarışmadan kənarlaşdırılır. Hazırda “O səs Türkiyə”də iki azərbaycanlı musiqiçi iştirak edir: Mehman Tağıyev və Pərvaz İbrahimov. Burada qayğı və diqqət görürük. Yarışmadan kənarlaşdırılma hər kəsin başına gələ bilər, bu ədalətsizlik deyil. Bizə qarşı ədalətsizlik olmayıb”.
 
Qeyd edək ki, O.Əhmədov da ötən gün yarışmadan kənarlaşdırlıb.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...