Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xatun Rəqsanə haqda - Heç kəs onu ailəsinin içərisinə buraxmır - VİDEO

Müğənni Xatun Əliyeva ilə Rəqsanə İsmayılova arasında qalmaqal daha da alovlanıb.

Mynews.az  xəbər verir ki, Xatun "Atv maqazin onlarla” verilişində ad çəkmədən həmkarının ünvanına sərt sözlər işlədib. Xatun deyib ki, heç kim Rəqsanəni ailəsinin içinə buraxmır: "O təlabətlı müğənni deyil. Heç kəs onu ailəsinin içərisinə buraxmır. Onun səs yazıları məndə var. Deyir heç kəsin çörəyinə bais olmuram. Bəs mənim çörəyimə bais olursan. Hətta mənlə yanaşı bir sıra müğənnilərə də belə edib. Toy yiyələri ilə qiymət danışmır. Nə qədər oldu alıb, iştirak edir.”

Xatun həmkarına qarğış da edib: "Allah səni islah eləsin. Mən ona həmişə bəd dua edirəm. Həmin müğənnini görmək belə istəmirəm. O xəstə olanda elə də yaxın tanışlığımz yox idi. Amma mən gedib onu ziyarət etdim.”

Qeyd edək ki, Xatunu qəzəbləndirəcək səbəb Rəqsanə İsmayılova tərəfindən el məclislərinin birindən uzaqlaşdırılması olub. Sujetdə Rəqsanənin adı çəkilməsə də. kadrlarda müğənninin görüntüləri yayımlanıb.

Həmin süjeti təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...